İRAN YAZIÇILAR BİRLİYİNİN ŞAGİRDLƏRİN HƏBS EDİLMƏSİ İLƏ BAĞLI BƏYANATI

İran Yazıçılar Birliyi oktyabrın 20-də baş verən etirazlarla əlaqədar  şagirdlərə və məhbuslara qarşı repressiyalarla bağlı bəyanat yayımlayıb.

Bəyanatda deyilir:

-Boş əllə etiraz edən insanların sıxışdırılması son 40 ildə gündəlik hadisə olub.

Amma ötən həftə uşaqların və məhbusların başına gələnlər indiki hakimiyyətin tarixində ən unudulmaz hərəkətlərdən biri oldu…

Təhlükəsizlik qüvvələrinin məktəblərə və həbsxanalara hücumu, uşaq və məhbusların döyülərək öldürülməsi küçələrdə nümayişçilərin qətlindən daha dəhşətli bir faciədir…

Bəyanatda İran hökumətinin etiraz aksiyalarını yatırmaq üçün apardığı repressiya siyasəti, ümumi fikri və beynəlxalq ictimaiyyəti aldatmağa, həqiqətləri inkar etməyə və etirazların mahiyyətini təhrif etməyə hesablanmış hərəkətləri pislənilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.