MƏSUD BARIŞ  

AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT
BƏSDİR EY CƏMAƏT BƏSDİR FƏLAKƏT

 

Azadlıq, Ədalət, Milli Hökumət

Bəsdir ey cəmaət bəsdir fəlakət

Türk dili dilimdir oğuz elimdir

Azərbaycan yurdum baba evim dir

Pay oldux hər zaman əğyar əlində

Görmədik azadliq bəsdir əsarət

 

Azadlıq, Ədalət, Milli Hökumət

Bəsdir ey cəmaət bəsdir fəlakət

Savalan vüqarım Səhənd dayağım

Füzuli Nəsimim can Şəhriyarım

Təbriz Urmu Ərdəbil Zəncan Mərəndim

Meşgin Sarab Mərağam Xoyum Əhərim

Əl-ələ bir olaq düşmənə qarşı

Bizim eldə görsün dadsın səadət

 

Azadlıq, Ədalət, Milli Hökumət

Bəsdir ey cəmaət bəsdir fəlakət

Dilimiz hisarda elim zindanda

Göstərək dünyaya görsün şəhamət

Gələcək bizimdir bizim olacaq

Daha yetdi cana gopsun qiyamət

VİDEO: https://www.facebook.com/100004927771238/videos/533455535032372/

Təqdim etdi: Abdulla Əmir Haşimi Cavanşir

Şərhlər bağlıdır.