İRANDA İKİ TANINMIŞ AKTRİSA HƏBS OLUBDU 

Hengameh Qaziani və Katayun Riahi hicablarını açıq şəkildə çıxardıqdan sonra həbs edilib.

Ketayun Riahi dünyaca məşhur aktrisadır. Bir çox uğurlu rolları var. Amma aktrisanı dünyada tanınması rejissor Fərəcullah Sələhşurun 2008-ci ildə çəkdiyi “Yusif Peyğəmbər” filmindəki Züleyxa obrazı olub. Və bu obrazı aktrisanın pasportu hesab etmək olar

1962-ci ildə İranın Tehran şəhərində anadan olub.1985-ci ildən aktrisa kimi fəaliyyət göstərir. 20-dən çox teleseriallarda və filmlərdə rol alıb. 60 yaşlı aktrisa həmçinin Kömək Xeyriyyə Fondunun təsisçisi və baş direktorudur.Mehrafarin Fondunun İrandakı səfiridir.

 TURAN ETİBAROĞLU

Şərhlər bağlıdır.