EDAMA GÖRƏ AKSİYA KEÇİRİLDİ

Tehranda İran məhkəməsi tərəfindən edama məhkum edilən azərbaycanlı həkim Həmid Qarahəsənliyə dəstək aksiyası keçirilib.

Bu dekabrın 9-da baş tutub. Bir qrup həkim Tehranın Evin həbsxanasının qarşısına toplaşaraq azərbaycanlı həkimin edam hökmünün ləğv edilməsini tələb edib.

Qeyd edək ki, əslən azərbaycanlı olan doktor Həmid Qarahəsənli başqa 4 etirazçı ilə birlikdə yarımhərbi və radikal “Bəsic” üzvünün öldürülməsində ittiham edilərək edam cəzasına məhkum edilib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.