SABİQ BAŞ NAZİRLƏR KÖMÜR OĞURLUĞU İLƏ BAĞLI İSTİNTAQA ÇAĞIRILIB

Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti üç sabiq Baş naziri kömür oğurluğu işi ilə bağlı ifadə vermək üçün çağırıb.

Bu barədə Monqolustanın “İkon” internet portalı yazıb.

Məlumatda deyilir ki, Monqolustan Nazirlər Kabinetinə rəhbərlik etmiş sabiq baş nazirlər Batbold Suhbaatar (2007-2009), Erdenebat Jarqaltulqa (2009-2012) və Bayar Sanc (2016-2017) ifadə verməyə çağırılıb.

Qeyd olunub ki, hal-hazırda kömür oğurluğu hadisəsində şübhəli bilinən 50 nəfər istintaqa cəlb olunub.

Xatırladaq ki, Çinə ixracı nəzərdə tutulan 12,9 milyard dollarlıq kömürün oğurlanması ilə əlaqədar olaraq Monqolustanın paytaxtı Ulan-Batorda hökumət sarayının qarşısında kütləvi aksiyalar artıq iki həftədir ki, davam edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.