İRANDA ERMƏNİ KEŞİŞ XAMENEYİYƏ DƏSTƏK VERDİ

Fransanın “Charlie Hebdo” nəşrinin İran rəhbəri Əli Xameneyinin karikaturasını yayması mollalarla yanaşı iranlı erməni din xadimini də özündən çıxarıb.

Güney Azərbaycanda yaşayan ermənilərin rəhbəri Azərbaycan Ermənilərinin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan bəyanat yayaraq Əli Xameneyiyə dəstəyini ifadə edib.

“Bu addım ermənilərin də ürəyini yaralayıb”-, deyə, Fransa nəşrinin Xameneyini təhqir etməsini pisləyən Qriqor Çiftçiyan bildirib.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı son sayında İran liderinin İranda ümumi etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc edib.

Karikaturalar arasında bir neçə iranlı karikaturaçı rəssamın da əsəri var.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.