Britaniya hakimiyyəti İranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərinin edamını pisləyib.
O, vətənində Britaniyaya casusluq etməkdə təqsirli bilinib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu münasibətlə deyib: “Bu barbar hərəkət cavabsız qalmayacaq”.
Tehranın hərəkətlərini baş nazir Rişi Sunak da pisləyib.
Əkbərinin ikili vətəndaşlığı var idi: İran və Britaniya. 61 yaşlı keçmiş məmur İranın milli təhlükəsizliyinə təsir edən məxfi məlumatları Britaniya kəşfiyyatına ötürməkdə təqsirli bilinib.
O, Məhəmməd Hatəminin prezidentliyi dövründə, yəni 1997-2005-ci illərdə müdafiə idarəsinin rəis müavini olub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.