İRANIN BAKIDAKI KEÇMİŞ SƏFİRLƏRİNDƏN ETİRAF:

DÜZGÜN DAVRANMAYAN, FÜRSƏTİ TƏHLÜKƏYƏ ÇEVİRƏN BİZİK, TEHRAN-BAKI ƏLAQƏLƏRİ STRATEJİ XARAKTER DAŞIYIR

İRNA xəbər verir ki, İranın Azərbaycandakı sabiq səfirləri İran-Azərbaycan əlaqələrinin dəyərli olduğunu və strateji xarakter daşıdığını olduğunu etiraf ediblər.

İranın Azərbaycandakı keçmiş səfirlərindən Əhəd Qəzayi və Mohsen Pakayin “ETTELAAT (İnformasiya) İnstitutunda keçirilən “Dialoq yolu” adlı forumda “İran-Azərbaycan əlaqələri və iki ölkə arasında gərginliyin yaranmasına xarici amillərin təsiri” mövzusunda fikirlərini bölüşüblər.

Pakayin hesab edir: “İranla Azərbaycan arasında maksimum ortaq cəhətlər var və dünyada bu qədər çox sayda ortaq cəhətləri olan başqa iki ölkə tapmaq mümkün deyil. Reallıq budur ki, bizim Azərbaycandakı imkanlarımız və onların İrandakı imkanları təhdidlərdən qat-qat artıqdır”.

Diplomatlar effektiv işləməyiblər

“Mən hesab edirəm ki, iki ölkə, xüsusən də qonşular arasında ixtilaflar yaranarsa və həll olunmadıqda, deməli diplomatlar səmərəli işləməyiblər”,-deyəMohsen Pakayin vurğulayıb.

Azərbaycan İran üçün çox yaxşı fürsətdir

Tədbirdə İranın Azərbaycandakı daha bir keçmiş səfiri Əhəd Qəzayi də Azərbaycanın İran üçün çox yaxşı fürsət olduğunu bildirərək əlavə edib: “Azərbaycan İranın MDB-yə çıxışı üçün əlverişli platforma sayılır; Ona görə də düzgün davranmayan, fürsəti təhlükəyə çevirən bizik”.

Keçmiş diplomat sözlərinə belə davam edib: “İndi bəzi analitiklər deyirlər ki, İranın Avropa ilə yolu Ermənistandan keçir, bu, heç də belə deyil. Ermənistanın dənizə çıxışı yoxdur; şimalında Gürcüstan, şərqində Azərbaycan, qərbində isə Naxçıvan yerləşir və Avropa ilə heç bir əlaqəsi yoxdur. Yəni əgər İran öz yüklərini Ermənistan üzərindən daşıyırsa və Gürcüstan buna razılıq verməsə, orada kor nöqtə yaranmış olur. Amma burada (İran) elə təbliğat aparıblar ki, guya Azərbaycan Avropa ilə yolumuzu bağlamaq istəyir; halbuki bizim Avropaya çıxış yolumuz Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə də mümkündür”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.