İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrel ilə telefon danışığı aparıb.
APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında H.Əmir-Abdullahian Avropa Parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu adlandırması etiraz edib.
Avropa Parlamentinin İrana qarşı müdaxilə xarakterli və qeyri-ənənəvi qətnaməsinin ardından baş tutan telefon danışığında H.Əmir-Abdullahian bildirib ki, Avropa Parlamentinin təhlükəsizliyi təmin edən İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu kimi ittiham etməsi bir növ Avropanın öz ayağında güllələməsidir: “Diplomatiya aləmində qarşılıqlı təhlükəsizliyə hörmətlə yanaşmaq lazımdır, təhdid və qeyri-dost hərəkətlərin dilindən danışmaq əvəzinə, qarşılıqlı etimadın artırılması gündəmə gətirilməlidir. İstənilən halda cavab qarşılıqlı olacaq.”
Telefon danışığında C. Borrell Avropa Parlamentinin layihəsində hiss və narahatlıqların üstünlük təşkil etməsilə razı olduğunu bildirib: “Avropa Parlamenti tamamilə müstəqil bir qurum olsa da, bu qətnamə icra qabiliyyətinə malik deyil və sadəcə olaraq Avropanın narahatlığını əks etdirir.”
Süleyman Fərzəliyev
Şərhlər bağlıdır.