İRAN MƏHKƏMƏSİ AZƏRBAYCANLI FƏALA 11 İL HƏBS VƏ 85 ŞALLAQ CƏZASI VERİB

Güney Azərbaycanın Ərak şəhərindən olan ictimai fəal Mina Yəqubi 11 il həbs, 85 şallaq və 2 il sürgün cəzasına məhkum olunub.

Bu barədə Mina Yəqubi sosial şəbəkədəki səhifəsində məlumat verib.

Bədən tərbiyəsi müəllimi Mina Yəqubi ölkədə keçirilən etirazlara qatıldığı üçün həbs olunmuşdu. O, ötən ilin oktyabrında girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılmışdı. Mina Yəqubi günahsız olduğu üçün əfv ərizəsi yazmaqdan imtina edib. Təcridxanada olduğu müddətdə hər gün 12 saat təzyiqlər altında dindirilib: “Uzun müddət gündə 12 saat dindirilməyə və ağır işgəncələrə məruz qaldım. İndi mənə 11 il həbs cəzası, 124 saat qəbirləri yumaq, 85 şallaq və 2 il sürgün cəzası verilib”.

Azyaşlı qız uşağının anası olan 23 yaşlı Mina Yəqubi təcridxanada işgəncəyə məruz qalıb. Ona görə də uzun müddət xəstəxanada müalicə alıb.

Şərhlər bağlıdır.