HAVALAR ÇOVĞUNDUR, AMMA ŞƏHƏRLƏRDƏ ETİRAZLAR DAVAM EDİR

İranın bir çox bölgələrində qış erkən gəlir. Amma soyuğa, sazağa baxmayaraq camaat şəhərlərdə keçirilən aksiyalardan çəkinmir. Fevralın son günlərində İranın bir neçə şəhərində müxtəlif dövlət qurumlarının və müstəqil işçilərin etiraz aksiyası baş tutub.

Tibb işçiləri, xüsusilə təqaüdçülər Tehranda İran Təqaüdçüləri Fondunun binası qarşısına toplaşaraq hüquqlarının pozulmasına və vəd olunan pensiya artımının yerinə yetirilməməsinə etiraz ediblər.

Təbriz, Kənqan, Məşhəd, Əhvaz, İsfahan, Kirmanşah və başqa şəhərlərdə də nümayişlər keçirilib. Dövlət işçiləri və müxtəlif qurumların üzvləri inflyasiya səviyyəsi ilə əmək haqlarının uygun olmadığından narazılıqlarını dilə gətiriblər.

Təqaüdçü

Şərhlər bağlıdır.