İran hakimiyyəti Güney Azərbaycanla bağlı qurumları ləğv etmək üçün bəhanələrə əl atır. Təbrizdəki konsulluğumuzun əməkdaşlarına qarşı təzyiq və təqiblər artandan sonra indi Azərbaycan Respublikası ilə əlaqəli qurumların da fəaliyyətini ləğv etmək və yaxud məhdudlaşdırmaq üçün tədbirlər sıralanır. Növbə Təbriz universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinə də çatıb.
Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib.
Həmin xəbərdə gösərilir ki, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
Sosial mediada “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir”, paylaşımı edilib.
Bildirilir ki, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib, təqib edib. Bir neçə il əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı.
Xatırladaq ki, Azərbaycan Respublikasında İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir.
Şərhlər bağlıdır.