“Biz Kanadadan SEPAH-ın çıxarılmasını təmin edəcəyik”, -bunu “Kanadanın Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr ”İran İnternational”a müsahibəsində bildirib.
“Biz polisin, Kəşfiyyat və Təhlükəsizlik Təşkilatının və Kanadanın digər təhlükəsizlik qurumlarının köməyi ilə SEPAH-la əlaqəli insanları müəyyən edərək, Kanada torpaqlarından deportasiya olunmalarını təmin edəcəyik.
Biz SEPAH-a hər hansı yardımı cinayət hesab edirik. SEPAH agentləri terrorçuları dəstəkləyir və Kanada vətəndaşlarını təhdid və təqib edir”, – Pualyevr deyib.
Beləliklə daha bir ölkə SEPAH-ın əl-qolunu yığışdırmaq niyyətindədir.
Şərhlər bağlıdır.