“AMAZON” DAHA 9 MİN NƏFƏRİ İŞDƏN ÇIXARACAQ

ABŞ-nin e-ticarət nəhəngi “Amazon”, yaxın həftələrdə daha 9 min işçisini işdən çıxaracağını açıqlayıb.

Bu haqda “Amazon”nun Baş İcraçı Direktoru (CEO) Endi Cassi şirkət işçiləri ilə paylaşdığı mesajda məlumat verib.

Cassi, yaxın bir neçə həftə ərzində əsasən “AWS”, “PXT”, “Twitch” və reklamdan olan təxminən 9000 işçini işdən çıxarmağı planlaşdırdıqlarını bildirib.

İqtisadiyyatda mövcud və gələcək qeyri-müəyyənliklərə işarə edən Cassi, “Bu çətin bir qərar idi, lakin biz bunun uzun müddətdə şirkət üçün ən yaxşısı olduğunu düşünürük”, – deyib.

Qeyd edək ki, “Amazon” yanvar ayında 18 min işçisini işdən çıxarmışdı.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.