ƏRDƏBİLDƏ UŞAQLARA AZƏRBAYCAN DİLİNDƏ KİTABLAR PAYLANIB

Ərdəbilli sənətçi və yazıçı Hüseyn Həsənnejad Ərdəbildə və ətraf kəndlərdə xeyriyyə tədbirləri keçirməsi ilə tanınır. O, artıq uşaqların sevimlisinə çevrilib. Hüseyn anası ilə birlikdə Ərdəbil kəndlərində uşaqlara Azərbaycan dilində kitablar paylayır.

Əvəllər də güneyli sənətçi oxşar mədəni aksiyaları ilə yadda qalıb. Azərbaycan kəndlərində uşaqlara doğma dilimizə rəğbət yaratmaq istəyən Hüseyn ana dilində kitab paylama kampaniyası keçirmişdi.

Təqdirəlayiq haldır ki, Xoyda baş verən zəlzələdən zərər çəkən uşaqlara dəstək üçün əsərlərini satıb onlara yardım edib. Hüseyn deyir: “Anamın əhval-ruhiyyəsindən zövq alıram. Xəstəliyinə baxmayaraq, uşaqlara türkcə kitab hədiyyə etməklə yeni günəş ilinin ilk gününə başlayıb”.

VİDEO:

Şərhlər bağlıdır.