İKİLİ VƏTƏNDAŞIN HƏBSXANADAN BAYDENƏ MÜRACİƏTİ

AMERİKALI MƏHBUS İRANIN “EVİN” HƏBSXANASINDAKI ŞƏRAİTİN AĞIRLIĞINDAN SÖZ AÇIB

İkili vətəndaşlıq daşıyan Siyamək Namazi 2015-ci ildən İranda həbsdədir. O, bu ölkəyə səfər edərkən həbs olunub.  Məhbus CNN-in əməkdaşı Christiane Amanpour ilə telefonla danışarkən Ağ Evin onun vəziyyətinin nə qədər ağır olduğunu qiymətləndirməməsindən dərin narahatlığını bildirib.

Namazi ABŞ prezidenti Co Baydenə müraciətində “günahsız amerikalıların azadlığını siyasətdən üstün tutmağı” və onun azadlığa buraxılması üçün səyləri gücləndirməyi xahiş edib.

Səsi arabir boğulan Namazi deyib ki, mənim bu riski nəzərə alıb CNN-ə dünyanın ən qəddar həbsxanalarından olan “Evin”dən əlaqə yaratmağım özü sizə vəziyyətimin nə qədər ağır olduğunun göstəricisidir.

51 yaşlı Namazi İranda həbsdə yatan ikili vətəndaşlığı olan 3 nəfərdən ən stajlısıdır. Digər iki məhbus isə iş adamı Emad Sharghi və 66 yaşlı ekoloq Morad Tahbazdır. Hər ikisi ilk dəfə 2018-ci ildə həbs edilib.

BMT də Namazinin əsassız olaraq tutulduğunu bildirib. O, “düşmən” dövlətlə əlaqə saxlamaqda günahlandırılır. ABŞ isə İranı ölkəyə səfər edən xarici vətəndaşları “girov” götürməkdə ittiham edir.

Keçən ilin iyununda The New York Times Namazinin rəy yazısını dərc edib və Baydenin İrandakı ABŞ məhbuslarını xilas etmək təklifinin uğursuzluqla nəticələndiyini yazıb.

Namazi bu ilin yanvar ayında yeddi günlük aclıq aksiyası keçirib və Baydenə yazdığı açıq məktubunda onları evə gətirmək vədini yerinə yetirməyə çağırıb.

Məhbus CNN-ə həbsxana həyatının ilk həftələrindən söhbət açıb: “O şkaf ölçülü otaqda tək olanda, doğru hesab etdiyim bir şey var idi, o da ABŞ hökumətinin məni azad etmək üçün mübarizə aparmasıdır”.

O, keçmiş dövlət katibi Con Kerrinin məhbusu “həftələr” ərzində azad edəcəyinə söz verdiyini yada salıb: “Mən sadəcə olaraq tərk edildiyimi bilirəm. Bilirəm ki, mənə söz verilib ki, ABŞ hökuməti həftələr sonra məni azad edəcək. Mən həmişəlik əlçatmaz olan azadlıqdan üç həftə uzaqdayam”.

Cümə axşamı Ağ Ev sözçüsü İranın ABŞ məhbuslarını həbs etməsini pisləyib və bunun qeyri-insani və beynəlxalq normalara zidd olduğunu deyib. Sözçü ABŞ-ın xaricdə haqsız yerə həbs edilən ABŞ vətəndaşlarının azadlığının təmin edilməsinə sadiq olduğunu və Namazinin ailəsi ilə müntəzəm əlaqə saxladığını bildirib.

İran hökuməti CNN-in şərh sorğusuna dərc olunan vaxta qədər cavab verməyib.

ABŞ və digər Qərb ölkələri mütəmadi olaraq Tehranı ikili vətəndaşları Qərblə danışıqlarda siyasi priyon kimi saxlamaqda ittiham edirlər. Keçən ilin martında Britaniya-İran yardım işçisi Nazənin Zağari-Ratcliffe altı il İranda saxlandıqdan sonra sərbəst buraxıldı. Bu, Böyük Britaniyanın İrana olan onilliklər ərzində 400 milyon funt sterlinq borcunu ödəməsi zamanına təsadüf etdi. Rəsmi Tehran isə bunun məhbusun azad edilməsi ilə əlaqəli olmadığını vurğulayıb.

Keçmiş prezident Donald Trampın 2018-ci ildə çıxdığı nüvə sazişinin bərpası ilə bağlı Tehran və Vaşinqton arasında aparılan danışıqlar dalana dirəndi. Bununla da, ABŞ-İran məhbuslarının azadlığa buraxılması ümidləri puça çıxdı. Razılaşmaya əsasən, İran sanksiyaların yüngülləşdirilməsi müqabilində uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırmağı öhdəsinə götürdü.

Tehran və Vaşinqton arasında olan danışıq qrupları bir ilə yaxındır ki toplanmır. İstər  çoxtərəfli, istərsə də dolayı danışıqlar üçün. Keçən il 22 yaşlı Məhsa Əminin ölümündən qaynaqlanan etirazların qanlı yolla basdırılması da danışıqlara sarsıdıcı zərbə vurmuşdur.

Ötən ilin oktyabr ayında hökumət Namazinin atası, 85 yaşlı Baquer Namazinin illərlə sürən səyahət qadağasını ləğv etdikdən sonra ona tibbi səbəblərə görə İranı tərk etməyə icazə verib. B.Namazi keçmiş UNICEF rəsmisidir və ürək xəstəliyindən əziyyət çəkir. Həm ata, həm də oğul 2015-ci ildə ABŞ hökuməti ilə əməkdaşlıqda ittiham olunublar.

S.Namaziyə atasını görmək üçün 10 günlük məzuniyyət verildi. Baquer Namazi İrandan çıxdıqdan sonra ilk ictimai çıxışında deyib: “Bizim başımıza gələnləri eşitmək heç nə ilə əvəz edilə bilməz”.

Babək Namazi deyib ki, qardaşımın CNN-ə danışmaqla bağlı riskli qərarı məni həm qürurlandırır, həm də ürəyimi parçalayır. O, bir neçə gün əvvəl çarəsizlikdən bu inanılmaz cəsarətlə qərarla gəlib. Biz narahatıq. Bunu demək üçün başqa yol yoxdur. Onun nələrdən keçdiyini və özünü necə çarəsiz hiss etdiyini təsəvvür edə bilmirəm.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.