ADF MK-NIN PARTİYA ÜZVLƏRİNƏ, TƏRƏFDARLARINA VƏ MİLLİ AZADLIQ HƏRAKATININ BÜTÜN TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏTİ

Əziz həmvətənlər,

ADF yaranışından başlayaraq böyük qurucu rəhbər S.C.Pişəvərinin rəhbərliyi ilə milli və demokratik siyasi xəttini daima qoruyub saxlamaga çalışmış, milli olan və demokratik simvollara, simgələrə, ənənələrə ehtiramla yanaşmışdır.

Müxtəlif, düşmən qüvvələrin hücumlarına baxmayaraq ADF özünün milli-demokratik mahiyyətini qoruyub saxlamış və bu gündə xalqımızın milli-azadlıq hərəkatının önündədir.

Vətənimizdə qəhraman və mübariz gənclərimizin “Azadlıq, ədalət və milli hökumət” şuarları deyərkən əllərində daşıdıgı bütün simgələr, bayraqlar, simvol və plakatlar bizim üçün dəyərlidir və qiymətlidir.

Lakin, xatırlatmalıyıq ki, Azərbaycan xalqının son yüz ildə hüquqi status almış, bütün qanuni mərhələləri keçmiş, liqitim hesab edilən, dünyanın mütərəqqi ictimaiyyəti tərəfindən qəbul edilən iki bayragı var.

Birinci bayraq olaraq qürurla deməliyik ki, o, Azərbaycan Respublikasının üç rənglİ bayragıdır və dövlətin rəsmi atributu olaraq tanınır. BMT-nin qarşısında dalgalanaraq bütün dünya Azərbaycanlılarını təmsil edir.

İkinci bayraq 21 Azərin qələbəsi ilə Təbrizdə elan olunan Azərbaycan Milli Hökumətinin bayragıdır. Bu bayraq da bir il rəsmi Azərbaycan dövlət atributu olaraq qəbul edilmiş və bu bayragın yolunda minlərlə Azərbaycan fədaisi şəhid olmuşdur. Bu bayragı təşkilat bayragına, bir siyasi qrupun bayragına, bir qrup şəxsin simgəsinə bənzətmək, onu faşist Pəhləvi rejiminin bayragına bənzətmət, terrorist İran İslam Respublikasının atributları ilə qarışdırmaq ədalətsizlikdir, tarixi yaddaşımıza xəyanətdir, şəhid fədailərimizin ruhuna hörmətsizlikdir.

“Böyük ürəyə” malik olan xalqımız mərhəmətlidir, bagışlayandır və bir qədər də unutqandır. Biz son yüz ildə keçdiyimiz tarixi yolun bir sıra səhnələrini əsla unutmamalıyıq. Meydanlarda dalgalanan və milli hərəkatın ifadəsi olan hərbir simgə və simvol bizin üçün əzizdir. Lakin yolunda şəhidlər verdiyimiz bayraqlarımızın xatiri həmişə bizim üçün mötəbər və ucada olmalıdır.

ADF MK-nın siyasi heyyəti inanır ki, Azərbaycan Milli Hökumətinin Bayragı yaxın zamanlarda yenidən Təbriz şəhərində ucalacaq, Xalqımız öz taleyini öz əlinə alacaq, Dünya Azərbaycanlıları və Türk Dünyası ailəsində öz layiqli yerini tapacaqdır.

ADF MK-nın Siyasi Heyəti

Şərhlər bağlıdır.