TƏBRİZİN MİLLƏT VƏKİLİ SƏFİRLİYƏ HÜCUMU SƏRT TƏNQİD EDİB

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi İranın daxili işlər naziri Əhməd Vahidini sərt tənqid atəşinə tutub.

Bu barədə o, Təbrizin “Azərəncümən” xəbər saytının sosial media hesabında yazıb. Millət vəkili qeyd edib ki, günorta vaxtı bir nəfər xarici ölkənin səfirliyinə “Kalaşnikov” avtomatı ilə hücum edib, amma məsələnin təhlükəsizlik baxımından araşdırılması hələ də diqqətdən kənarda qalıb. Mən daxili işlər nazirinin yerinə olsaydım, buna görə istefa verərdim.

Lakin nə istefa verən var, nə də köklü tədbir görən. İran hökuməti güman edir ki, vaxtı uzatmaqla hadisəni yaddan çıxaracaq.

Azerbaycan-ruzamesi.org

Şərhlər bağlıdır.