TƏBRİZLİ MİLLƏT VƏKİLİNİN İTTİHAMI:

- NAZİRLƏR PARLAMENTİN ÜZVLƏRINƏ RÜŞVƏT VERİR

“İranda nazirlər impiçment olunmamaq üçün parlamentinin üzvlərinə bahalı hədiyyə və avtomobillər verirlər”.

Bu sözləri Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki təmsilçisi Əhməd Əlirzabeygi deyib.

O, ölkənin sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əminin impiçment olunmamaq üçün millət vəkillərinə 75 ədəd bahalı avtomobil verdiyini söyləyib.

Millət vəkili bu məsələlərlə bağlı parlament üzvlərinə daha əlavə imtiyazlar tanındığını bildirib.

Deputat parlamentin rəyasət heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib.

Qeyd edək ki, növbəti həftə sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment olunacağı gözlənilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.