İRAN RUSİYA İLƏ PUA İSTEHSALI ZAVODUNUN TİKİNTİSİ BARƏDƏ XƏBƏRLƏRİ TƏKZİB EDİB

“Tehran “The Wall Street Journal”ın İran və Rusiyanın birlikdə pilotsuz uçan aparat fabriki tikdiyinə dair iddialarını rədd edir”.

Azerbaycan-ruzamesi.org “Bizimyol.info”ya istinadla xəbər verir ki, bunu çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani ölkə mətbuatına açıqlama verərkən deyib.

“Silah ixracatçıları və müharibə satıcıları xəbərləri saxtalaşdırmaqla öz birtərəfli hərəkətlərinə, eləcə də müharibə dizaynındakı yanlış hesablamalara haqq qazandırmağa çalışırlar. Bu yalan xəbərdir. Təəssüf ki, münaqişə tərəflərindən birinə ən çox silah və texnika tədarük edən ölkələr saxta xəbərlər yaymaqla dünya ictimai rəyini çaşdırmağa çalışırlar. İran İslam Respublikası münaqişədə (Ukraynada Rusiyanın başlatdığı müharibə) heç bir tərəfi qəbul etmir və belə etməyi planlaşdırmır. Onun məqsədi münaqişənin siyasi həllinə nail olmaqdır”, – o, bunu qəzetin xəbərinə münasibət bildirərkən “Mehr” agentliyinin sualına cavab verərkən deyib.

“Bu günlərdə “The Wall Street Journal” İranın Ukraynadakı münaqişədə Rusiyanın istifadə etməsi üçün Tehranın layihələndirdiyi 6000 pilotsuz uçan aparat istehsal edə biləcək zavodun tikintisi imkanlarını qiymətləndirmək üçün Kremilə İslam Respublikasının nümayəndə heyətinin göndərilməsi barədə məlumat yayıb”, – deyə “Mehr” qeyd edir.

Qeyd edək ki, “The Wall Street Journal”ın verdiyi məlumata görə, İran və Rusiya Federasiyası Moskvanın Ukrayna ilə müharibədə fəal şəkildə istifadə etdiyi “Şahed-131/136” kamikadze dronlarının birgə istehsalı ilə bağlı gizli danışıqları davam etdirir. Hətta nəşr iddia dir ki, İrana məxsus “Shahed-131”, “Shahed 136” və “Mohajer-6” pilotsuz təyyarələrində istifadə olunan çiplər, yarımkeçiricilər və digər komponentlərin 82%-i ABŞ-dan alınıb.

Qadir

Şərhlər bağlıdır.