Məlumatı “İran internatiomal” yayıb: İranda son 5 gündə 19 bəluc barəsində çıxarılan edam hökmü icra olunub.
Məlumatda bildirilir ki, mayın 4-də Zahidandan olan Nurəhməd Zaruji (Nahtani) barəsində çıxarılan ölüm hökmü icra edilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham olunub. Məlumata görə, edam olunan bəluclar narkotik maddələrin qanunsuz ticarəti, qətl maddələrinə əsasən edama məhkum ediliblər.
Müşahidəçilər və hüquq müdafiəçiləri bunun Tehran rejiminin Sistan-Bəlucistan fəallarına qarşı kampaniya olduğunu bildiriblər.
Onların qənaətincə, hakimiyyət bu yolla bəlucları qorxutmaq və mübarizədən çəkindirmək istəyir.
Jurnalist və siyasi fəal Məsih Əlinejad bir müddət əvvəl 3 soydaşı – 32 yaşlı Sabur Şahbəx, 34 yaşlı Əmir Ramşak və 29 yaşlı Bəsir Pecam Totazahinin edam olunacağı barədə xəbərdarlıq aldığını bildirib və hamını Bəlucistan sakinlərinin səsi olmağa çağırıb. O deyib ki, həmin şəxslər 7 aylıq işgəncə, həbs və güllələrə baxmayaraq küçələrdə diktatorun ölümünə çağırış edənlərdir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.