İRANDA QADINLARA ƏXLAQSIZ TƏKLİF EDƏN MOLLA CƏZALANDIRILDI

Azərbaycanın güneyi Astara şəhərində xanımlara qarşı tərbiyəsiz hərəkətləri ilə tanınan gənc molla Əlirza Səraci vətəndaşlar tərəfindən ağır şəkildə cəzalandırılıb.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadla xəbər verir ki, hökumət məmuru olan mollanın gənc xanıma əxlaqsızlıq təklifi ona ağır başa gəldiyi deyilir.

Mayın 3-ü gecə saatlarında o, dörd nəfər tərəfindən saxlanılıb, döyülüb və cinsiyyət orqanı kəsilib. Xəstəxanaya çatdırılan mollanın vəziyyətinin ağır olduğu bildirilir.

Bu barədə İran mediası məlumat yaysa da, hadisənin mollanın əxlaqsızlığı ucbatından baş verdiyinə işarə olunmayıb.

Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb.

O, bir neçə gün əvvəl molla və cümə imamlarını təhlükə və hücumların artdığını söyləyib.

Fəllahiyan bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Şərhlər bağlıdır.