HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELM FESTİVALI KEÇİRİLİB

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Elm Festivalı keçirildi. Festival ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başladı.

Gimnaziyanın direktoru İlqar Talıbov festival iştirakçılarını salamlayaraq, bu gün inteqrasiya və qloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı olmağın yeganə yolunun elm və təhsildən keçdiyini vurğuladı. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin dediyi kimi, “İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu yolla gedirik və getməliyik”.

Müasir dövrdə istedadlı şagirdlərin aşkar edilməsi və onların yaradıcı potensialının inkişafı ilə bağlı elmi-təcrübi yığıncaqların, konfransların və festivalların keçirilməsinin zəruri olduğunu bildirərək, o, şagirdlərin elmi yaradıcılıq potensiallarının  ortaya çıxarılması, onların müxtəlif təcrübə və layihələrə cəlb olunmasının olduqca vacıb olduğunu vurğuladı.

Açılışdan sonra yüksəkixtisaslı mütəxəssislərdən ibarət münsiflər heyəti şagirdlərin hazırladıqları layihələri qiymətləndirdilər. Daha sonra Elm Festivalının qalibləri elan edildi. Qaliblər medal, sertifikat və qiymətli hədiyyələrlə təltif olundular. Biz də qalib şagirdləri bir daha təbrik edir, təhsil nailiyyətləri arzulayırıq.

Festivalın münsiflər heyəti Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış mütəxəssisləri professor Mustafa Mustafayev, kimya üzrə fəlsəfə doktoru Vilayət Məmmədov, Fərid Mustafayev, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov, fizika üzrə fəlsəfə doktoru Sima Hüseynova, fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədova, kimya üzrə fəlsəfə doktoru Nicat İsayev, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı kimi tanınmış alimlərdən ibarət idi.

Sonda qaliblər elan olundu və hər biri təltif olundu. Elm festivalının gimnaziyada ənənəvi olaraq keçirilməsi planlaşdırılır. Çünki gələcəyimiz olan şagirdlərin bir çox bacarıqları məhz bu formatlı festivallarda aşkar olunur.

Anar ƏLİ

Şərhlər bağlıdır.