İSFAHAN MƏRKƏZİ ZİNDANINDAN 3 MƏHBUSUN ÇAĞIRIŞI

Üzərində 28.06.2018-ci il tarixli, 22769 saylı qeydiyyat ştampı olan “İsfahan Mərkəzi Zindanının Kitabxanası”nın məhbus oxucular üçün kitab sifarişi blankında yazılmış aşağıdakı çağırış insanı riqqətə gətirir. Düşünürəm, dünya ictimaiyyəti, beynəlxalq insan haqları və hüquqları qurumları da bu çağırışa biganə qalmayacaqlar.

Sözügedən zindanın kitabxanasının kitab sifarişi blankında qaçılmaz edam təhlükəsi qarşısında olan Səid Yaqubi, Saleh Mir Haşimi, Məcid Kazemi adlı 3 məhbus yazmışlar:

“Salam. Dəyərli həmvətənlərimizdən bir xahişimiz var.

Bizi öldürmələrinə icazə verməyin.

Sizin köməyinizə ehtiyacımız var. Sizin dəstəyinizə ehtiyacımız var.

Səid Yaqubi – Saleh Mir Haşimi – Məcid Kazemi

“İran uşaqları” 27.02.1401/17 may 2023”

İran hakimiyyətinin edam çılğınlığı fonunda beynəlxalq ictimaiyyət etirazçılar Məcid Kazemi, Səid Yaqubi və Saleh Mirhaşeminin edamını dayandırmaq üçün təcili tədbirlər görməlidir! Həbsxana rəhbərliyi ailələrinə bildirib ki, bu gün onların məhbuslarla son görüşüdür.

Beləliklə, adgedən bu 3 nəfər etirazçının həbsxanadan çağırışına qoşulun və verdikləri mesajlarını paylaşın: “Bizi öldürmələrinə icazə verməyin”.

Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.