Mühacirətdə sınanmış mühacir taleyi! Ruhun şad olsun, böyük insan!

Mühacirətdə sınanmış mühacir taleyi!
Ruhun şad olsun, böyük insan!

Şükürlər olsun, qismətimizdə 90-a adlamasını təbrik etdik. Sağlam əqidəli, sağlam ruhlu insan ömrü sona qədər and yerimiz olduğundan ist ərdik ən azı 100 yaşını görək. Üz-üzə, göz-gözə həm xatirələrini dinləyək, həm də mübarizələrlə dolu həyatının səhifələrini vərəqləyək. Çox təəssüf, qismət olmadı. Ağsaqqalımız hamıya örnək olan mühacirət dolu ömrü yaşadı, eyni zamanda bu həyatın səhifələrini yazmağın əlifbasını bizə öyrətdi. Özündən sonra müasir nəslə mühacirətdə bərkiyən, mətinləşən, nəsillərə tarixi ənənəsini yaşatmağın yadigarlarından birini qoydu.
Noyabrın 1-də dostların, tanışların köməyi ilə özündən xəbərsiz “Xalq qəzeti”nin ayın əvvəlindəki sayında onun barəsində “Güneyli demokratın tarixçəsi” sərlövhəli yazını qələmə aldıq. Əsl mətin insan barədə gerçək həqiqətlər və sətirlər idi. Bütün ömrünü əhatə edən mühacir həyatının gerçək sətirləri əksini tapmışdı. Bu cığırlar haradan başlayıb harada bitirdi. Yeddi yaşda iranlı olduğuna görə gəmi ilə valideynləri ilə birgə Ənzəliyə sürgün etmişdilər. Burada başlanan ömür yolu ona şəhər və kəndləri tanıtmışdı. Milli Hökumətin həyata keçirdiyi islahatlar, 14 yaşından ilk həbs, növbəti sürgün, sonra mühacirətdə keçirdiyi on illər, inqilabdan sonra İrana qayıdış, yoldaşlarının göz önündə güllələnmələri, birtəhər təqibdən yayınması… bunlar bir mühacir üçün həddən çox imtahan deyilmi?!
Firidun elə bir şərəfli yolla addımladı ki, bu seçim ona da, məsləkdaşlarına da, sınaqlardan birgə çıxmış yoldaşlarına da, övladlarına da başucalığı gətirdi.
Buna görə də həmin yola nəzər salarkən görürük ki, üzvü olduğu Azərbaycan Demokrat Firqəsi məhz belələri ilə eyni yolu gedir.
Biz F.Kaziminin əziz xatirəsini heç vaxt unutmayacaq və hər birimiz deyirik:
-Allah rəhmət eləsin, ruhun şad olsun, Firidun Kazım oğlu Kazimi!

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.