Heydər Əliyev və Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı

Azərbaycan Milli Hökumətinin 78-ci ildönümü münasibəti ilə Azərbaycan Demokrat Firqəsinin 2023-cü ilin dekabrının 11-dən 16-nadək “21 Azər həftəsi” çərçivəsində silsilə konfranslar keçirilmişdir. Konfransın bir günü Heydər Əliyev və güney Azərbaycanda Milli Azadlıq hərəkatı mövzusuna həsr edilmişdir. Konfransın əsas məruzəçisi olaraq tanınmış alim, professor Eynulla Mədətli dəvət olunmuşdur.

Professor E.Mədətli konfransın mövzusunda bir saatlıq çıxışı ilə  iştirakçılarda dərin təəssurat yaratdı. Ulu Öndərin Heydər Əliyevin dövlət quruculugunda, beynəlxalq siyasətdə, milli ideologiyada ugurları, siyasi fəaliyyətinin Azərbaycanda iz qoydugu səhifələrdən geniş söhbət  açdı. Eləcə də, ADF MK-nın Beynəlxalq əlaqələr üzrə məsulu Abdulla Əmir Haşimi Cavanşir Heydər Əliyevin Siyasi portretini ifadə edən çıxışını Fars dilində təqdim etdi. Həmin materyal İngilis dilində də səsləndi. Konfransda  Ayda xanım Əmir Haşimi  Ulu Öndərin güney Azərbaycan haqqında xatirələrindən ibarət mətbuat səhifələrindən maraqlı bir icmalı iştirakçılara təqdim etdi.   ADF-nin vaşınqton nümayəndəsi Rəhim Şahbazi və digərləri məruzələr ətrafında çıxış etdilər.

“21 Azər həftəsi” çərçivəsində Güney Azərbaycanda, 1945-ci ildə qələbə çalmış milli Azadlıq hərəkatı və yaradılmış Milli Hökumətin dövlət quruculugu, ugurları və nailiyyətləri ADF-nin sədri Rəhim Hüseyinzadənin məruzəsində geniş əhatə olundu.

Tədqiqatçı alim, fəlsəfə doktoru, dosent Subhan Talibinin Təbriz şəhərində çap olunmuş “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabının təqdimatı keçirildi.

“ADF-nin 21Azər hərəkatında mədəniyyət siyasəti” mövzusunda məruzə ilə tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi mərizə etdi.

“Azadlıq, Ədalət Milli hökumət şuarı son bir ilin etirazlarında” mövzusunda Sədrəddin Soltan, “21 Azər hərəkatı və qadın haqları” mövzusunda Səriyyə xanım Ərdəbili çıxış etdilər. Tanınmış alim Məhəmmədrza Bagban Kərimi “ Milli Hökumət dövründə ədəbiyyatımızın dirçəlişi” mövzusunda geniş məruzə etdi.

Xatırladaq ki “azərbaycanlıların insani və mədəni soyqırım ” adlı konfransımızda mövzuya ayid çıxış edən  Cavanşir müəllimin söhbəti  daha marağa səbəb oldu.O, Azərbaycan Milli Hökumətinin 33-cu ildönümündə vətəndə  şəhidlərimizin anım mərasimlərinin Sarab,Ərdəbi, Astara şəhərlərində  keçirilməsindən xatirələr danışdı, və Avropada Yaşadığı illər haq səsimizi  müxtəlif beynalxalq məhkəmələrə ,insan haqları təşkilatlarına, böyük dövlətlərin məhsullarına  çatdırmaq üçün  saysız- hesabsız görüşlərindən, müraciətlərindən, məktublarından danışdı ki iştirakçıların xüsusi diqqətini çəkdi.

Konfrans materiallarının Azərbaycan və İngilis dillərində çap olunması nəzərdə tutulur.

Şərhlər bağlıdır.