Təbrizin turizm sahəsi iflasa uğrayıb

 

Təbrizin turizm sahəsi iflasa uğrayıb
Təbriz İranın qədim, daim səyyahların diqqətini çəkən şəhərlərindəndir. Lakin
son illər xarici turistlərin yolu bura az düşməkdədir ki, bunun da səbəbkarı yerli
hakim dairələrdir. Diqqətsizlik, şəhərin turizm potensialından kənarda qalması
bura səyahət edənlərin sayında da özünü göstərməkdədir. Təkcə təbrizin
qədim tarixi abidələri bəs edər ki, bura hər il milyonları cəlb edəsən.
Bunu Təbriz Universitetinin coğrafiya və şəhərsalma fakültəsinin müəllimi və
turizm sahəsində tədqiqatçı Rəhim Heydəri deyib.
O, şəhərə turistlərin sayının ilbəil azalmasını bu sahədə yetərli işlərin
aparılmaması və Təbrizin turizm imkanlarının tanıtdırılmaması ilə əlaqələndirir.
Heydəri bildirib ki, “Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim
Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması,
ölkə və əyalətə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı
göstərir ki, bu sahədə iş aparılmayıb”.
Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar
Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli
olaraq, öz kataloq və reklam nəşrlərində Təbrizə yer vermirlər.

Şərhlər bağlıdır.