Əli bəy Həqşunası itirdik.

Başın sağolsun vətən, Başın Sağolsun Azərbaycan. Həsrətində yanıb tutuşan, Səadətini ən Böyük arzusu edən bir Övladın daha Azərbaycan Azərbaycan deyə deyə Əbədiyyətə Qovuşdu.
Ali Həqşünas güney Azərbaycanlı Qarmon Sənətkarı ən vətən sevərlər sırasında yer alan bir Azərbaycanlı idi. O bir yandan vətəndən uzaq düşmüşlüyün dərdini, bir yandan səadətindən qopmuş Güney Azərbaycan qəmini, bir yandan da həyatın acı hadisələri üzündən Övlad acısını sinəyə çəkib ömrünün sonuna qədər duruşuq və mətanətini qoruyan insan idi.Ali Həqşünas bütün anlamı ilə Ayrılıq mahnısının kədərini dadaraq yaşadı və nəhayət yanıqlı ürəyimizdə yerini salıb getdi. Başda Ailəsi olmaqla bütün dostları və sevənlərinə başsağlığı diləyirəm.
Azəryar Danişvər

 

Əli bəy Həqşunası itirdik.

Şərhlər bağlıdır.