Vaşınqton DC-də aksiya keçirildi.

Dəyərli izləyicilər, Vaşinqton DC-də Xocalı soyqırımının 32- ildönümü münasibətilə 26- fevralda bir qurup güneyli- quzeyli soydaşlarımız o, cümlədən ADF-in üzvüləri və yerli təmsilçisi Rəhim bəy Şəhbazinin iştirakilə Ermənistan səfirliyi qarşısında aksiya keçirildi. Tədbirdə Ermənistanın keçmişdə ərazi təcavuzu və bu günkü siyasi hərəkətləri pislənərək, onun 150 milyard dollar Azərbaycana vurduğu iqtisadi xəsarəti ödəməkdən imtina etməsi, Zəngəzur koridorunun açılmasının əngəlləməsi, Azəbaycanın Naxçıvan bölgəsini blokada saxlanması, Ermənistan tərəfindən Cənubi Qafqaz yeni müharibə ocağına çevrilmə səyləri məhkum edildi. Aksiya iştirakçıları, Xocalı faciəsinin ildönümü münasibətilə şəhidlərimizi hörmətlə anaraq, Ermənistanın sülhə qarşı atdığı addımları dönə- dönə tənqid edib və azərbaycan xalqının səsini dünya ictimaiyyətina çatdırmağı özlərinə borc bildiklərini təkid etdilər.
Həmin gün Azərbaycanın böyük elçiliyi tərəfindən Xocalı faciəsinin qurbanlarının anım mərasimi üçün saat 19:00 -də Vaşinqtonun Georgetown məntəqəsində Azərbaycanin Ticarət Palatasında təşkil olunan tədbirdə soydaşlarımız iştirak etdilər.Tədbirdə səfirliyimizin hörmətli təmsilçiləri və qonaqlar Xocalı soyqırımı haqda geniş çıxış etdilər. Hər iki tədbirdən foto şəkilləri sizinlə paylaşırıq.

 

 

Şərhlər bağlıdır.