Məhəmmədəli Duzduzani: Ana məhəbbəti – Təbriz, 20 mart 1946

Təbriz, 20 mart 1946

 

Ey ana toprağım, odlar vətəni!
Öz canımdan artıq sevirəm səni.
Səni sevmək mənə dindir, imandır,
Böyük iftixardır, şövkətdir, şandır
Ey ana toprağım, Azərbaycanım,
Qəlbimdə qanımsan, cismimdə canım!
Zəhmətimi çəkdin illər boyunca
Bir gecə yatmadın, ana, doyunca
Məni bəsləyib etmisən cavan
Qeyrətli bir cavan, igid qəhrəman
Ana, əməyini itirmərəm mən
Dostuna dost ollam, xüsmünə düşmən
Ey ana, hazıram mərd-mərdana
Mən gedəm uğrunda boyanam qana!
Təbriz, 20 mart 1946
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.