İranda etirazçılara qarşı təcavüz və işgəncə

2023-cü ildə İranda din azadlığı üçün şərait son dərəcə pis olaraq
qalıb. Bu barədə ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə
Komissiyasının illik hesabatında deyilir.
Bildirilib ki, məcburi hicab qanunlarına, din və ya inanc azadlığına
qoyulan digər məhdudiyyətlərə qarşı etirazlar təhlükəsizlik
qüvvələrinin zorakı repressiyalarına baxmayaraq, davam edib.
Hakimiyyətə bağlı qüvvələr azyaşlılar da daxil olmaqla etirazçıları
sistematik şəkildə təqib edib, həbs edib, cinsi təcavüzə məruz qoyub,
zorlayıb və işgəncə verib.

Şərhlər bağlıdır.