İNSAN ORQANLARI İLƏ BAĞLI ALVER ŞƏBƏKƏSİ HİNDİSTANDAN İRANA GEDİB ÇIXIR

Hindistanın yerli “Dehindo” qəzetinin xəbərinə görə, bu şəbəkə əvvəllər
orqan transplantasiyası üçün insanları Haydarabaddan İrana aparırdı.
Polisin məlumatına görə, Hindistan mediası həbs edilən təqsirləndirilən
şəxslərin bədən hissələrini qanunsuz satmaq üçün İrana qaçaq yolla
gətirdiklərini etiraf etdiklərini yazıb.
Bu qrupun lideri Sebit Nasser də etiraf edib ki, 2019-cu ildən bəri Hindistan
və Banqladeşdən qaçaq yolla İrana bədən hissələrini, xüsusilə də
böyrəkləri satmaq üçün aparıb.
Polis bildirir ki, bu şəxslər İran, Küveyt və Şri-Lankada böyük orqan alveri
şəbəkəsinin bir hissəsidirlər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.