Ermənilərdən Hacıbəyliyə qarşı təxribat: Bakıdan addım…

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin
bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin
ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyənat yayıb.
Axar.az bəyanatın mətnini təqdim edir:
“Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir
hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu
“Vaqarşabat rəqsi” adı altında Yutub platformasında yerləşdirilib.
Sözügedən mənimsəmə halı haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən
kütləvi etiraza səbəb olub.
1.
Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediyasının
(“Komediya”) musiqisini 1910-cu ildə, “Dörd məclisli musiqili komediya” adlı
librettosunu 1913-cü ildə yazıb. Komediya 1913-cü il oktyabrın 25-də
Bakıda H.Z.Tağıyev teatrında şəhnələşdirilib və ictimaiyyət tərəfindən
böyük rəğbətlə qarşılanıb. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru
Müslim Maqomayev olub.
Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasının musiqisinin və
librettosunun müəllifi olması ümumqəbuledilmiş faktdır, onu sübut edən
çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa afişaları, not
yazıları və s. sənədlər mövcuddur.
2. Komediyanın librettosu bir çox dillərə tərcümə olunaraq, müxtəlif
ölkələrin səhnələrində tamaşaya qoyulub.
3. Komediyanın əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası
tərəfindən eyniadlı film çəkilib. Filmin ssenari müəllifi Sabit Rəhman,
rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru böyük Azərbaycan bəstəkarı
Fikrət Əmirovdur.
BMT üzvü olan Ermənistan iştirak etdiyi beynəlxalq müqavilələr vasitəsilə
əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı üzərinə götürdüyü çoxsaylı
vəzifə və öhdəliklərini yerinə yetirmir, digər məsələlərdə olduğu kimi, əqli
mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə
pozmaqda davam edir.
Ermənistan müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin “O olmasın,
bu olsun” və “Arşın mal alan” əsərlərinin yuxarıda qeyd edilən
mənimsənilmə hallarının aradan qaldırılmasını, Üzeyir Hacıbəylinin müəllif
hüquqlarının bərpa edilməsini, habelə Ermənistan Respublikasının
ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi,
xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi
hallarını təcili surətdə araşdırmağı və aradan qaldırmağı, beynəlxalq
hüquqa və daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb
etməyi, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat verməyi tələb edirik”.

Şərhlər bağlıdır.