Yeni Zelandiya hökuməti İran hökuməti ilə əlaqəli bir neçə şəxs və quruma sanksiya tətbiq edib

Yeni Zelandiya hökuməti Rusiyanın Ukraynaya hücumuna silah və strateji
dəstək göndərərək bu ölkənin işğalına kömək edən İslam Respublikası ilə
əlaqəli 28 fiziki və 14 qurumu sanksiyalar siyahısına əlavə etdiyini
açıqlayıb. Iranwire.com həmin siyahını ictimaiyətə təqdim edib.
Yeni Zelandiyanın Baş Nazirinin müavini və Xarici İşlər Naziri Uinston
Peters 16 may 2024-cü il çərşənbə günü elan etdi ki, sanksiyaya məruz
qalan şəxslər və qurumlar Ukraynaya qarşı qanunsuz təcavüzdə Rusiyanın
hərbi sənaye maşınına dəstək verirlər, bu da bu ölkənin ərazi bütövlüyü və
suverenliyinə hücumdur.
Yeni Zelandiya Xarici İşlər Nazirliyinin bəyanatının bir hissəsində bildirilir ki,
bu qərar hökumətin İslam Respublikasına bağlı şəxslər və qurumlara qarşı
yeni sanksiyaları İslam Respublikasının pilotsuz təyyarələrinin Rusiyaya
təhvil verilməsi və ölkənin Ukraynaya qarşı qeyri-qanuni müharibəyə
dəstəyi əsasında verilib.
Yeni Zelandiya hökuməti artıq iki dəfə Qadın, Həyat, Azadlıq adlı etirazları
zamanı dronların inşası və Rusiyaya çatdırılmasında iştirak edən İslam
Respublikası ilə əlaqəli on fiziki və altı quruma sanksiya tətbiq edib.
Yeni Zelandiyanın keçmiş xarici işlər naziri Nanaya Mahuta açıqlamasında
deyib: “Rusiya üçün pilotsuz təyyarələrin tədarükü və tikintisi Ukraynanın
suverenliyi və ərazi bütövlüyünə təhdiddir. Bu pilotsuz təyyarələr mülki
əhalini və kritik infrastrukturu hədəfə alaraq Ukrayna dağıntılara və ölkə
xalqına əzablara səbəb olur”.

Şərhlər bağlıdır.