İran prezidenti Məsud Pezeşkiana yaxın şəxslər Qərb mediasına
açıqlamalarında İsmayil Həniyənin SEPAH tərəfindən qətlə yetirildiyi
ehtimalı olduğunu deyiblər. Onlar hesab edirlər ki, məqsəd Pezeşkianın
nüfuzunu zədələmək və Qərblə yumşalma siyasətinə bəri başdan maneə
törətmək olub: “SEPAH cənab Pezeşkianın xarici siyasətə münasibəti və
onun islahatçı siyasətinin bəzi aspektləri ilə razı deyil.Heç bir ağlı başında
olan insan bu qətlin öz prezidentliyinin ilk gününə təsadüf etməsini qəbul
edə bilməz. O, prezidentliyinin ilk günlərində İsraillə müharibəyə getməyə
məcbur ola bilər. Bütün bunlarda SEPAH günahkardır”.
“The Telegraph” isə açıqlamadığı mənbəyə istinadən yazır ki, İsrail
kəşfiyyatı SEPAH-ın vəzifəli şəxslərin mühafizəsinə məsul olan Ənsar-ul
Mehdi dəstəsinin bir neçə üzvünü ələ alaraq İsmayil Həniyənin qala biləcəyi
3 otağa partladıcılar yerləşdirib. Ard-arda həyata keçirilən həbslər bu
verisyanın ciddi ola biləcəyini göstəriri.
Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian isə öz internet saytında İsraillə
savaş çağırışlarını tənqid edərək “millətin prioritetinin İsraillə müharibə
olmadığını” yazıb.Onun fikrincə, ciddi islahatların aparılması İsrailə ən
böyük zərbədir. “Ölkənin əsas problemi iqtisadiyyat, dolanışıq, daxili
çəkişmələr, korrupsiya, ayrı-seçkilik və səmərəsizlikdir”-deyə o yazır.
Cəmaləddin H. Quliyev,
Şərhlər bağlıdır.