Pakistanda çirkli pulların yuyulması və Xameneinin nümayəndəsi

Pakistan müstəntiqlərinin bu yaxınlarda açıqladığı məhkəmə sənədləri
göstərir ki, Pakistandakı çirkli pulların yuyulması şəbəkəsi İrana “çoxlu
miqdarda” qeyri-qanuni pul köçürüb və pul alanlar arasında Əli Xameneinin
Pakistandakı nümayəndəsi də var.
“Arab News” saytında yer alan xəbərə görə, İslam Respublikasının
Rəhbərinin Pakistandakı nümayəndəsi ƏbülFəz Bəhaəddini bu şəbəkədən
ayda 200 min dollar alırmış.
Arab News tərəfindən baxılan və təhlükəsizlik rəsmiləri tərəfindən
təsdiqlənən araşdırma hesabatları və Whatsapp söhbətləri göstərir ki,
şəbəkə üzvləri son 7 ildə Pakistan, İran və İraq arasında aktiv fəaliyyət
göstərirlər.
FİA-nın (Pakistan Federal Təhqiqat Agentliyi) verdiyi məlumata görə,
Xameneinin Pakistandakı nümayəndəsi pulu işdə əsas şübhəli adam Əli
Rizadan alıb.
Əliriza təxminən 4 ay öncə Kəraçidə həbs edilən 13 nəfərdən biri idi.
Məlumata görə, onun etirafı Xameneinin köməkçisinin Pakistandakı
nümayəndəsi Seyid Vesal Haydər Nəqəvinin tutulmasına səbəb olub və
ikisi hələ də həbsdədir.
ArabNews İrandakı mənbəyə istinadən xəbər verir ki, Əbülfəz Bəhaəddini
ötən il və ya bu ilin əvvəlində Pakistanı tərk edib və hazırda İrandadır.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.