İran diplomatiyasının adəti: işğalçının kim olduğu yaddan çıxıb.

İran diplomatiyası huşsuzluq xəstəliyini hələ sağalda bilmir. Yenə bildirir ki,: “Azərbaycan qonşu
dövlətlərdən birini “işğal etmiş” bir ölkə idi”
“Biz ağıllı şəkildə İranın Qafqazdakı mövcudluğunu möhkəmləndirə və regionu öz maraqlarımıza
yaxınlaşdıra bildik”.
Bunu İranın Bakıdakı keçmiş səfiri Seyid Abbas Musəvi “Qarabağ münaqişəsi” adlı kitabın təqdimat
mərasimində deyib.
O, əlavə edib: “İran İslam Respublikası həmişə öz prinsipləri əsasında hərəkət edib – bunlar
separatizmə qarşı çıxmaq və zorakılıqla mübarizə kimi ali rəhbərin xarici siyasətimizdə elan etdiyi və
Tehranın inandığı prinsiplərdir. Amma İran öz siyasətində qətiyyətlə dayandı və mən hiss edirəm ki,
Azərbaycan tərəfi bir çox həqiqətlərin açıqlanmasında maraqlı deyildi. İlham Əliyev və Ərdoğan 3+3
formatında təşəbbüsün onlara aid olduğuna hesab etsələr də, əslində bu təşəbbüsü İran İslam
Respublikası formalaşdırıb. Biz region ölkələrini sülh ətrafına önləndirə bildik”.
“Azərbaycan qonşu dövlətlərdən birini “işğal etmiş” bir ölkə idi”, – deyə İran səfiri sərsəm iddia irəli
sürüb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.