İran “Artsax” ermənilərinin geri qayıtmasını istəyir

İran “Artsax” ermənilərinin geri qayıtmasını istəyir
İranlı ekspert: “İran “Arsax” ermənilərinin geri qaytarılmasını istəyir və azərbaycanlıların Ermənistana
qayıtması qəbuledilməzdir”
İranda yaşayan ermənilərə məxsus HUR Tərcümə və Araşdırmalar Mərkəzinin “Telegram” kanalı yazıb
ki, iranlı ekspert Puya Hüseyn “Yerkir.am” saytına müsabəsində deyib:
“Arsax” (Qarabağ) ermənilərinin geri qayıtması İran üçün çox vacibdir və İran rəsmi kanallar vasitəsilə
bu haqda danışır. Qafqazdan kənarda etnik dəyişikliklər İran üçün qəbuledilməzdir. Buna görə də İran
Qarabağda məskunlaşdırılan ermənilərin məcburi deportasiyasını qanunsuz hesab edir. İran “Arsax
xalqı”nın öz vətənlərinə qayıtmasını və onların təhlükəsizliyini təmin etmək istəyir”.
Ekspertin sözlərinə görə, Ermənistanın işğal etdiyi torpaqlara azərbaycanlıların qayıtması da İran üçün
qəbuledilməzdir.
“Sünik məsələsi mütləq qaldırılacaq, orada yaşayan azərbaycanlılar tədricən hüquq, o cümlədən
təhlükəsizlik tələb edə bilərlər. Belə olduqda Türkiyənin hərbi güclə müdaxiləsinə əsas yaranacaq ki,
bu da Sünikin təhlükəsizliyini çox həssas edəcək və Sünikdə zorakılığa zəmin hazırlayacaq”, – o, əlavə
edib.
Azərbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.