İranda edam sayı kəskin artdl- 18 günə 105 edam

Oktyabrın 1-dən bu günə kimi İran həbsxanalarında narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılan 105 məhkum edam edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, qeyd olunan müddət ərzində hər gün orta hesabla 6 nəfər dar ağacından asılıb.

Qeyd edək ki, bun hesabatın yayılmasından sonra daha bir neçə məhkum edam qabağı hazırlıq üçün təkadamlıqkameralara köçürülüb.

Şərhlər bağlıdır.