İran prezidenti paytaxtı Tehrandan köçürmək planını açıqlayıb

İran prezidenti Məsud Pezeşkian paytaxtı Tehrandan
köçürmək planını açıqlayıb. Pezeşkianın sözlərinə görə,
paytaxtın dəyişdirilməsi mümkün ekoloji böhran və “bir sıra
başqa problemlər”lə əlaqələndirilir.
Planı prezidentin birinci müavini Məhəmməd Rza Aref
hazırlayacaq.

Sentyabrda İran prezidenti siyasi və iqtisadi mərkəzin cənub
sahilinə köçürülməli olduğunu demişdi. Pezeşkian öz
təklifini İranın rəqabət qabiliyyətini artırmaqla əsaslandırıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.