Dosent Demokrat.az-a açıqlamasında bildirib ki, “Evin” zindanında həbsdə olan 6 azərbaycanlı fəal Ayaz Seyfxah, Araz Aman, Murtuza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Bağır Hacızadə və ƏAbdüləziz Əzimi Qədim 11-ci aydır ki, qanunsuz olaraq həbs həyatı sürürlər:
“2024-cü ilin 5-7 fevral günlərində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş bu azərbaycanlı fəallar sonradan təhlükəsizlik qurumlarının müdaxiləsi və ədliyyə işçilərinin maneələri səbəbindən müvəqqəti olsa belə zaminə buraxılmamış və onlar hələ də həbsdədirlər.
Araz Aman Zeynabad, Ayaz Seyfxah, Ayda Sədiqi Xorasanlı, Aydın Məhəmmədi, Əmrəli Bəradəran, Bağır Hacızadə Məzrəe, Behnam Babaşpur Muğanı, Cəfər Məhəmmədi, Həsən İbrahimi, Hüseyn Piri, Rəhman Hüseynzadə, Salar Tahir Əfşar, Səid Camalzadə, Səid Dustan, Səid Minai Qışlaq, Süheyla Əsğəri, Tahir Nəqəvi, Əziz Əzimi Qədim, Əli Eşqi, Əlirza Şirzad Koçnağı, Fatimə Atəşi Xiyavi, Karamt Ruhnəvaz, Kərəm Mərdanə Müstəqilii Bəyli, Kamal Nuri, Lütfəli Cabbari , Murtuza Pərvincüda, Vədud Əsədi və Yaşar Hüseynzadə 2024-cü ilin fevral ayının 5, 6 və 7-də məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmiya, İslamşəhr və Astarada həbs ediliblər”.
O qeyd edib ki, onların bir çoxu partiya və qruplara üzvlük haqqından da məhrum edilib.
“Fəallardan 13-ü “daxili və xarici təhlükəsizliyə qarşı məlumatllar toplamaq və cinayətlər törətmək üçün əlbir olmaq”, “İran İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin sədri Əbülqasımın başçılığı ilə keçirilən iclasda mühakimə olunub və məhkəmə tərəfindən ağır və amansız cəza alıblar”.
Əfsanə Kamal
Demokrat.az
Şərhlər bağlıdır.