AZƏRTAC xəbər verir ki, dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm gününün elan olunması barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insan həyatını itirib və ya xəsarət alıb.
Şərhlər bağlıdır.