Azərbaycan Demokrat Firqəsi Həmrəylik Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan Demokrat Firqəsi 79 ildir ki, o günü yaxınlaşdırmaq üçün vətən və
xalq anlayışlarını ozünün taleyinə çevirərək mübarizəsini bir gün də olsa
dayandırmayıb.
Bu barədə Azərbaycan Demokrat Firqəsinin bəyanatında qeyd olunub.
“Ümummilli lider Heydər Əliyev dünya Azərbaycanlılarının həmrəylik gününü
elan edəndə bizim bu həmrəyliyə nə qədər ehtiyacımız oldugunu yaqin ki,
çoxları dərindən anlamırdı. Əslində dünya Azərbaycanlılarının həmrəyliyinə bir
çox tarixi səhnələrdə ehtiyacımız olub. Belə bir həmrəyliyi anlamaq, düzgün
qərarlar vermək, lazım olan addımları atmaq çox zamanlar içimizdən gəlsə də
onun kordinasiyası, mütəşəkkilliyi və təxribatlardan kənar olması içimizdə bir
tərəddüd yaradırdı.
Nəhayət Heydər Əliyev dedi: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə
çevrilməlidir!” Bu cümlə milli həmrəyliyin əsas ideyasını qarşıya qoydu. Xalq və
Vətən anlayışı ayrıca, müstəqil və fərdlərin maragları deyil bir millətin taleyi
olaraq düşünülməlidir və yalnız o zaman Vətən azad və müstəqil olur.
Populist çıxışlar, təmtəraqlı sözlər, məclislərdə deyilən saglıqlar vətən yolunda
şəhadəti qəbul etmiş ogul və qızlarımızın xatirəsini kölgədə qoymamalıdır. Milli
yaddaş deyilmiş cazibədar sözləri deyil, vətən eşqi ilə yaşamış və onu
əməllərində ifadə etməş övladları yaşatmalıdır.
Azərbaycan Respublikası bu gün, beynəlxalq aləmə sürətlə inteqrasiya edən,
dinamik iqtisadi inkişafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir
dövlətdir. Artıq müstəqil dövlətimiz var və o, dünyanın mötəbər kürsülərindən
öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və onu qorumağa qadir,
zəngin iqtisadi potensiala malik bir dövlətdir.
BELƏ BİR GÜN CƏNUBİ AZƏRBAYCAN ÜÇÜN DƏ OLACAQ!
Azərbaycan Demokrat Firqəsi 79 ildir ki, o günü yaxınlaşdırmaq üçün Vətən və
xalq anlayışlarını ozünün taleyinə çevirərək mübarizəsini bir gün də olsa
dayandırmayıb. Dünya Azərbaycanlılarının həmrəyliyinə bu gün heç olmadıgı
qədər ehtiyacımız var. “Azadlıq, Ədalət və Milli hökumət” şuarı ilə Azərbaycanın
milli azadlıq sevər övladları meydandadırlar və vətən-xalq anlayışları hər bir
insanımızın taleyinə çevrilmişdir. Bu tale bizi qələbəyə qovuşduracaqdır!
Həmrəylik günümüz əziz olsun!

Şərhlər bağlıdır.