1 yanvar 2025-ci il tarixində İran İslam Respublikasının
Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər
Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı, 29
dekabr 2024–cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin
Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid
Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya
Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə
Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz
ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar
şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə
qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin
ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə
uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin
ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub
saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik
yaratmaq məqsədi daşıdığı qeyd olunub.
Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.