Alınan xəbərlərə və insan haqları mənbələrində dərc olunan
bilgilərə görə, çərşənbə günü, yanvarın 1-də, yeni ilin ilk günü ilə
eyni vaxtda İran həbsxanalarında ən azı 18 məhbus asılıb.
Bu vətəndaşlar İranın müxtəlif həbsxanalarında, o cümlədən
Əliqudərz, Bəndər Abbas, Kərəc, Məlayir və Yasuc şəhərlərində
qətl və ya narkotiklə əlaqəli ittihamlarla edam ediliblər.
Bu insanların edam edilməsi barədə müxtəlif insan haqları
mənbələri, o cümlədən Harana, İran İnsan Haqları Təşkilatı və
Halvash məlumat yayıb.
Bu şəxslərdən 10 nəfəri Kərəcdəki Qızılhisar zindanında, 5 nəfəri
Bəndər Abbas zindanında asılmış, Yasuc, Məlayir və Əliqudərz
həbsxanalarının hər birində ən azı bir məhbus edam edilmişdir.
Qızılhisar həbsxanasında edam edilən məhbuslardan ikisi narkotik
maddə ilə bağlı, başqa səkkiz məhbus isə qətlə görə edam edilib.
Bu şəxslərdən ən azı ikisi Əfqanıstan vətəndaşı olub.
Harana İnsan Haqları saytı dekabrın 26-da yeni illik hesabatında
bildirib ki, 2023-cü ildə İranda həbsxanalarda ən azı 883 nəfər
edam edilib ki, bu da əvvəlki illə müqayisədə yüzdə 18,3 artım
deməkdir.
Bu hesabata görə, bu müddət ərzində İslam Respublikasının
məhkəmə sistemi tərəfindən də 207 nəfər haqqında edam hökmü
çıxarılıb, 54 nəfərin edam hökmü isə Ali Məhkəmə tərəfindən
təsdiqlənib.
Ötən həftələrdə edam hökmlərinin icrasının artması və siyasi
məhbuslara edam hökmünün verilməsi ölkə daxilində və xaricdə
çoxsaylı etirazlara səbəb olub.
Bu etirazlardan birində edamları dayandırmaq üçün 2023-cü ilin
fevralında başlayan siyasi məhbusların “Edama yox Çərşənbə
axşamı günləri” adlı aclıq aksiyası 31 dekabr çərşənbə axşamı
ölkənin 28 həbsxanasında 49-cu həftəsinə daxil olub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.