Berbok öz gözündə tiri görmür…

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz
Telegram kanalında Almaniya xarici işlər naziri Annalen Barboku ABŞ-ın
Almaniyadakı hərbi bazaları barədə danışmağa dəvət edib .
Zaxarova bunu alman nazirin daha öncə səsləndirdiyi “Rusiya hərbi bazaları
Suriyadan çıxarılsın” təklifinə cavab olaraq bildirib.
“Bunu ABŞ hərbi bazalarının yerləşdiyi ölkənin xarici işlər naziri deyir. Mənim
bir sualım var: Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin Vaşinqtonla bağlı da
eyni təkliflə çıxış etməsinin vaxtı deyilmi ?” – Zaxarova qeyd edib.
Yanvarın 3-də Almaniyanın xarici işlər naziri Barbok Suriyaya səfəri zamanı
bildirib ki, Rusiyanın öz bazalarını çıxarması Suriyanın suverenliyinə hörmət
olacaq.
Daha əvvəl məlum olmuşdu ki, Suriyanın yeni hakimiyyət orqanlarının
nümayəndələri Berbokun əlini sıxmayıblar.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.