İranda 30 min həkim peşəsindən niyə imtina edir?

İranda 30 min həkim peşəsindən niyə imtina edir?
İranda 30 min həkim gəliri aşağı olduğu üçün həkimliklə məşğul olmaqdan
çəkinir
Tibb Birliyi Təşkilatının rəhbəri Məhəmməd Rəiszadə həkimlərin xəstə
qəbulunun aşağı qiymətindən şikayətlənərək bildirib ki, ölkədə məhz bu sayda
həkim, təhsilini davam etdirməkdə, ixtisas almaqda və həkimlik etmək üçün
maraqlı deyil.
Həkimlərin illik haqlarının müəyyən edilməsinə toxunan Rəiszadə bildirib ki,
əsas problemlərdən biri ümumi həkimlərə ödənişlərin çox aşağı olmasıdır.
Məsələn, Tehranda ümumi həkim 120 min tümən qarşılığında xəstə qəbul edir
ki bu əmək haqqı ilə ofis aça bilməz. Tibb işçiləri tibbi xidmətlər üçün müəyyən
edilən əmək haqqının inflyasiya artımına uyğun hesab etmir və buna etiraz edir.
2023-cü il aprel ayında hökumət tibbi ödənişlərinin yüzdə 35 artırılmasını təsdiq
etdi və bu, həkim qrupları və birliklərinin kəskin etirazı ilə qarşılandı.
Səhiyyə Nazirliyinin tibb işləri üzrə o vaxtkı səhiyyə nazirinin müavini Səid
Kərimi 8 aprel 2023-cü ildə özəl sektorda həkimlərin maaşının 2011-ci ildəki 36
min tüməndən 2023-cü ildə təxminən 70 min tümənə yüksəldiyini söylədi. Bu o
deməkdir ki, 2011-ci ildən 2023-cü ilə kimi digər qrupların minimum əmək haqqı
10 dəfədən çox artdığı halda, 12 il ərzində həkimlərin aldığı maaş hətta iki dəfə
də artmayıb.
Bundan öncə, 2024-cü il dekabrın 29-da Səhiyyə Nazirliyinin müavini Cəlil
Hüseyni ölkədə həkim çatışmazlığının olmadığını vurğulamışdı. Ancaq 30 min
həkimin çalışmadığını bildirmişdi.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.