Rza Azərinin Azərbaycanın qəhrəman döyüşçülərinə ithaf olunmuş

"Qəhrəman Təbrizin şanlı müdafiəsi" adlı məqaləsindən

Rza Azərinin Azərbaycanın qəhrəman döyüşçülərinə ithaf olunmuş
“Qəhrəman Təbrizin şanlı müdafiəsi” adlı məqaləsindən: – Düşmənlərimiz yəqin edib bilməlidirlər ki, bu qəhrəman babaların bugünkü cəsur övladı əlində silah öz şəhidlərinin məzarı başında onların qanlı cəsədlərinə və müqəddəs ruhlarına söz verib, and içiblər ki, xain düşmənlərə qarşı öz azadlığını və ana vətənini son nəfərinə və son damla qanına qədər müdafiə edəcəkdir.
Qoy bütün dünya bilsin ki, belə bir cəsarətli əjdada və şərəflə dolu olan bir tarixə
və milli səciyyəsi sayılan qeyrət və rəşadətə malik olan Azərbaycan milləti
qətiyyən əsarət altında saxlanıla bilməz. O əzəldən bəri azad yaşayıb və
həmişə də azad yaşayacaqdır.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 138, 29.02.1946
Təqdim etdi: Səməd Bayramzadə, dosent

Şərhlər bağlıdır.