Şok etiraf: Makron iranlı naziri villasında gizlətmişdi ki…

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton
G7-nin 24-26 avqust 2019-cu il tarixlərində Fransanın Biarritz şəhərində
keçirilən 45-ci Sammitində prezident Emmanuel Makronun Tehranla Ağ Ev
arasındakı vasitəçilik missiyasından danışıb.
Con Bolton bununla bağlı açıqlamasında aşağıdakıları deyib:
“2019-cu ildə G7 sammitində Emmanuel Makron İranın o vaxtkı xarici işlər
naziri Cavad Zərifi Biarritzdəki villasında gizlətmişdi. Makron Trampı onunla
görüşməyə inandırmaq üçün çox çalışdı. Mən və başqaları bu barədə Trampla
danışdıq, israr etdim, amma otaqdan çıxanda Tramp görüşə razı olmadı”.
Cavad Zərifinin Trampla görüşdürlməsinin əsas məqsədi Donald Trampın
2018-ci ilin mayında 2015-ci ildə Qərb ölkələrinin İranla imzalanan nüvə
sazişindən çıxması ilə bağlı qərarını müzakirə etmək olub.
Bir çox Avropa ölkələri, xüsusən də Fransa ABŞ-nin İranla 2015-ci il İran nüvə
proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmaq barədə
danışıqları bərpa edilməsinə çalışırdı.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.