Kimliyin orta dayağı dildir, onun qorunması isə varlığın və torpağının
qorunmasıdır. Məhz bunu əsas götürərək Azərbaycan milli hərəkatı
fəalları, Dünya Ana Dili Günü münasibətilə, Ərdəbildə, əsasən Azərbaycan
Türkcəsinin tədrisi və türk dilləri ilə bağlı təhsil kitablarının geniş
paylanmasına başlayırlar.
Dünya Ana Dili Günü ərəfəsində müxtəlif Azərbaycan şəhərlərində,
xüsusən də Türk dilində kitabların paylanması geniş yayılır və milli fəallar,
ana dilində təhsil və öyrənmənin əhəmiyyəti barədə ictimaiyyəti
məlumatlandırmağa çalışırlar.
Kitabları paylayan fəallar, ana dilinin öyrənilməsinin vacibliyini
vurğulayaraq, valideynlərdən bu məsələyə daha çox diqqət yetirmələrini
istəmişlər.
Hər il Dünya Ana Dili Günündə Azərbaycanlı fəallar, Türk şəhərlərində,
kitablar paylamaq, təbrik flayerləri, konfetlər bölüşmək, divar yazıları
yazmaq, qrafiti hazırlamaq və sosial şəbəkələrdə məlumat yaymaq yolu ilə
ana dili ilə təhsil verməyin vacibliyini xatırladır, İran hökumətindən
beynəlxalq dil hüquqları konvensiyalarının və müqavilələrinin həyata
keçirilməsini tələb edirlər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.